“İnter” Mxitaryanla müqavilə danışıqlarını dayandırıb
27.03.2026 - 13:55
“İnter” Mxitaryanla müqavilə danışıqlarını dayandırıb

İtaliyanın “İnter” klubu erməni yarımmüdafiəçi Henrix Mxitaryan ilə müqavilənin uzadılması üzrə danışıqları dayandırıb.

Apasport.az xəbər verir ki, bu barədə İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar nəticəsiz qalıb.

Xatırladaq ki, 37 yaşlı futbolçunun Milan təmsilçisi ilə mövcud müqaviləsi cari ilin iyun ayının sonuna qədər qüvvədədir.

Qeyd edək ki, Ermənistan millisinin sabiq kapitanı olan Mxitaryan karyerasını başa vurmağa yaxın hesab olunur.