"İnter" Nigeriya millisinin üzvü ilə maraqlanır
17.07.2025 - 13:46
"İnter" Nigeriya millisinin üzvü ilə maraqlanır

Yeni mövsüm üçün hazırlıqlıqlarını davam etdirən “İnter” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, komanda “Atalanta”dan Ademola Lukmanla razılıq əldə edib.

Bu barədə insayder Canluka Di Marzio məlumat yayıb.

Onun sözlərinə görə, "İnter" 27 yaşlı hücumçu üçün 40 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Nigeriya millisinin üzvü olan Lukman ötən mövsüm "Atalanta"nın heyətində iştirak etdiyi 40 rəsmi matçda 20 qol və 7 asisstlə yadda qalıb. Onun A Seriyası təmsilçisi ilə müqavilə müddəti 2027-ci ildə başa çatacaq.