“İnter”də ciddi itki
24.09.2024 - 23:41
“İnter”də ciddi itki

"İnter"də ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçisi Nikolo Barella zədələnib.

O, bu səbəbdən 3 oyunu buraxacaq. Yarımmüdafiəçi İtaliya çempionatının "Milan"la oyununda (1:2) xəsarət alıb.

Barella "Udineze", "Srvena Zvezda" və "Torino" ilə matçlarda iştirak etməyəcək.

Qeyd edək ki, orta sahə oyunçusu komandaya beynəlxalq fasilədən sonra oktyabrda qatılacaq.

0