"İnter"in yay arzusu: "KOMO"DAN TRANSFER
16.04.2026 - 19:39
"İnter" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub "Komo"nun hücumameylli yarımmüdafiəçisi Nikolas Pazla yaxından maraqlanır.
"Neradzurri" 21 yaşlı argentinalı futbolçunu yay transfer pəncərəsində rənglərinə bağlamağı planlaşdırır. "Mavi-qaralar" üçün bu keçid prioritet seçimdir.
Transfer dəyərinin ən azı 50 milyon avro olacağı gözlənilir.
Milan təmsilçisi bu səbəbdən "Barselona"nın maraq dairəsində olan müdafiəçi Alessandro Bastonini satmağı da nəzərdən keçirir.
Qeyd edək ki, Paz 2024-cü ilin yayından "Komo"da çıxış edir.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0