İspaniya klubu "Yuventus"un futbolçusu ilə danışıqlar aparır
20.12.2024 - 14:57
İtaliya A Seriyası təmsilçilərindən “Yuventus”da çıxış edən Artur Melo karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Real Betis” 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.
“Qoca sinyora” da bu transferə müsbət yanaşır.
“Betis” braziliyalı oyunçunu mövsümün sonuna kimi icarə əsasında transfer etmək istəyir.
Qeyd edək ki, “Yuventus” yarımmüdafiəçini “Barselona”dan 80 milyon avroya heyətinə cəlb etmişdi.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0