İspaniya Kuboku: “Atletiko”dan darmadağın
06.02.2026 - 02:03
İspaniya Kral Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün bir qarşılaşma baş tutub.
"Atletiko" səfərdə "Real Betis"lə üz-üzə gəlib. Madrid təmsilçisi rəqibini 5 cavabsız qolla məğlub edib və adını yarımfinala yazdırıb.
Qeyd edək ki, "Atletiko" bu mərhələdə "Real Sosyedad"la qarşılaşacaq.
0
0