İspaniya millisinin üzvü İngiltərəyə qayıda bilər
11.02.2026 - 16:48
İspaniya millisinin üzvü İngiltərəyə qayıda bilər

"Barselona"nın hücumçusu Ferran Torres İngiltərə Premyer Liqasına qayıda bilər.

Apasport.az xəbər veerir ki, "Çelsi" ispaniyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Zadəganlar" Torresi mövsümün sonunda heyətinə qatmağa çalışacaq. London klubu 25 yaşlı forvard üçün kataloniyalılara 80 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Barselona" Ferran Torresi 2022-ci ildə "Mançester Siti"dən 55 milyon avroya transfer edib. İspaniya millisinin üzvü bu mövsüm komandasının heyətində meydana çıxdığı 31 rəsmi matçda 16 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.