İspaniya təmsilçisi “Real Madrid”in futbolçusu Raul Asensio mövsümün sonunda komandadan ayrıla bilər.
Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçinin xidmətində “Qalatasaray”, “Napoli” və “Everton” maraqlıdır.
Futbolçu əsas komandada kifayət qədər şans qazanmadığından karyerasını başqa klubda davam etdirmək niyyətindədir. Bu səbəbdən “Real Madrid” yaxın həftələrdə mühüm qərar verəcək.
La Liqa təmsilçisi Asensionu icarəyə göndərmək və ya geri alma şərti ilə satmaq variantlarını nəzərdən keçirir.
Xatırladaq ki, cari mövsümdə Raul Asensio “Real Madrid” forması ilə bütün turnirlərdə 30 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!