İspaniya Superkubokunun cədvəli açıqlanıb
07.10.2025 - 23:55
İspaniya Superkubokunun cədvəli açıqlanıb

İspaniya Krallıq Futbol Federasiyası Superkubokun oyun cədvəlini açıqlayıb.

Apasport.az xəbər verir ki, turnir bu dəfə də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

Beləliklə, Səudiyyə Ərəbistanı ardıcıl beşinci dəfə İspaniya Superkubokuna ev sahibliyi edəcək.

Yarımfinal oyunlarının tarixi artıq bəllidir:

7 yanvar – “Barselona” – “Atletik”

8 yanvar – “Real Madrid” – “Atletiko Madrid”

Superkubokun final oyunu 11 yanvar tarixində baş tutacaq.

Qeyd edək ki, turnirin hazırkı qalibi “Barselona” klubudur.