İstanbul klubu İngiltərə millisinin sabiq üzvünü transfer edib
27.08.2024 - 22:18
Türkiyə Super Liqasının debütantı "Eyüpspor" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi son mövsümü "Rizespor"da keçirmiş Conco Şelvini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Eyüpspor" İngiltərə milli komandasının sabiq üzvü ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Conco Şeyvi ötən ilin sentyabr ayında "Nottingem Forest"dən "Rizespor"a keçmişdi. 32 yaşlı yarımmüdafiəçi Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0