Dünya çempionatının A qrupunda keçirilən İsveçrə – Bosniya və Herseqovina matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada İsveçrə millisinin futbolçusu İman Beney Manzambi layiq görülüb.
O, 70-ci dəqiqədə meydana daxil olub. Cəmi 3 dəqiqə sonra hesabı açan Manzambi daha sonra ikinci qolunu vuraraq dubla imza atıb. 20 yaşlı futbolçu görüşü 8,9 reytinq balı ilə başa vurub.
Qeyd edək ki, İsveçrə yığması Bosniya və Herseqovinanı 4:1 hesabı ilə məğlub edərək qrupdakı ilk qələbəsini qazanıb. Manzambi isə görüşdən sonra FIFA tərəfindən matçın ən yaxşı oyunçusu seçilib.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”