İsveçrə millisinin üzvü “Milan”a qayıdacaq
28.05.2025 - 00:28
İsveçrə millisinin üzvü “Milan”a qayıdacaq

Hazırda icarə əsasında "Napoli"də çıxış edən Noah Okafor “Milan”a geri qayıdacaq.

Apasport.az "Tuttosport"a istinadən xəbər verir ki, Neapol təmsilçisi 25 yaşlı forvardın icarə müqaviləsini artırmaq niyyətində deyil.

Onun İtaliya çempionu ilə müqavilə müddəti gələn ayın sonunda başa çatacaq.

Qeyd edək ki, İsveçrə millisinin üzvü bu mövsüm "Napoli"nin heyətində iştirak etdiyi 21 rəsmi matçda 1 qol, 2 assistlə yadda qalıb.