İtaliya millisinin üzvü “İnter”dən ayrılacaq
26.03.2026 - 21:22
İtaliya millisinin üzvü “İnter”dən ayrılacaq

Françesko Açerbi cari mövsümün sonunda "İnter"dən ayrılacaq.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

38 yaşlı mərkəz müdafiəçisi yayda başa çatacaq müqaviləsini uzatmağı planlaşdırmır.

Qeyd edək ki, İtaliya millisinin üzvü 2022-ci ildən "İnter"də çıxış edir.