İtaliya millisinin üzvü Səudiyyə Ərəbistanı yolunda
16.06.2025 - 19:58

"Fiorentina"nın hücumçusu Moyze Kin karyerasını Səudiyyə Ərəbistanınında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Əl Qadisiya" italiyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Ərəblər 25 yaşlı forvard üçün 52 milyon avronu gözdən çıxarıb.
Xatırladaq ki, "Fiorentina" Moyze Kini ötən ilin yayında "Yuventus"dan transfer edib.
İtaliya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 25 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0