Türkiyə millisinin yarımmüdafiəçisi Ferdi Kadıoğlu yenidən Avropaya yollana bilər.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu “Fənərbaxça”dakı yüksək səviyyəli çıxışı ilə diqqətləri üzərinə çəkməyi bacarıb.
“Neymegen”in yetirməsi olan Kadıoğlu bu dəfə qitənin nüfuzlu klublarının maraq dairəsinə düşüb. Xüsusən də, İtaliya klubları onu yaxından təqib edir. Təsadüfi deyil ki, “sarı-lacivərdlilər”in son oyununu izləyənlər arasında “Napoli” və “İnter” rəsmiləri də olub. Onlar Kadıoğlunun oyununu diqqətdə saxlayırlar.
Qeyd edək ki, Ferdi Kadıoğlunun “Fənərbaxça” ilə müqavilə müddəti 2026-cı ilə qədərdir.
- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol