İvan Perişiç Premyer Liqa klubunda
30.05.2022 - 15:31
“İnter”in yarımmüdafiəçisi İvan Perişiç karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, Xorvatiya millisinin üzvü “Tottenhem”ə keçir.
33 yaşlı hücumameylli oyunçu artıq Londona yollanıb. O, bu gün tibbi müayinədən keçəcək və ardından londonlularla 2 illik müqavilə imzalayacaq. Perişiçin yeni komandasında illik maaşı 6 milyon avro olacaq. Ulduz futbolçunun “İnter”lə müqavilə müddəti başa çatdığından, bu keçid ingilislərə pulsuz başa gəlib.
Qeyd edək ki, İvan Perişiç ötən mövsüm A seriyasında 35 oyuna çıxıb, 8 qol, 7 assistlə yadda qalıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0