Jorje Jesus ulduz oyunçunu Ərəbistana gətirmək istəyir
22.08.2024 - 12:35
Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu Joao Kanselonu rənglərinə bağlamaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrizio Romano yayıb.
"Əl Hilal" portuqal müdafiəçi üçün rəsmi təklif də göndərib.
Futbolçu baş məşqçi Jorje Xesusun əsas seçimidir. Əgər onun transferi gerçəkləşərsə, klub sağ cinah müdafiəçisi Saud Abdulhamidi "Roma"ya göndərə bilər.
Qeyd edək ki, "Barselona" da Kanselonu geri qaytarmaq istəyindədir, lakin maddi məsələlər katalonları çətinə salır.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0