"Fasilə zamanı koridorda baş verənlər hakim üçün qarmaqarışıq idi. Üsyan varmışcasına 200 nəfər dava edirdi".
Apasport.az xəbər verir ki, bu sözləri "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo deyib.
Mütəxəssis "Eyüpspor"la matçdan sonra hakimlik barədə danışıb: "Tuneldə hakimi vuran olmadı, amma ordakı atmosferi xəyal edə bilərsiz. Meydandakı penaltilər başqa komanda olsaydı, verilərdi. Bu ölkədə hakim olmaq çox çətindir. Portuqaliya, İtaliya, İngiltərə, İspaniyada çalışmışam. Belə bir şey görməmişəm. İkinci hissədəki səhvlərimiz nəticəsində qələbə qazana bilmədik. Autdan ofsayd olmadığını hər kəs bilir. Amma sanki futbolçularımız bilmirdi. Zəif bir matçdı, hakim də bunun parçasıydı".
Qeyd edək ki, "Fənərbaxça" Super Liqanın XVII turunda "Eyüpspor"la bərabərə qalıb - 1:1.