Kanadalı futbolçu “Roma”nın təklifini rədd edib
06.08.2024 - 14:09

“Lill”in hücumçusu Conatan David bu yay İtaliyanın “Roma” klubuna keçməkdən imtina edib.
Apasport.az “Ekip”-ə istinadən xəbər verir ki, kanadalı futbolçu Daniele de Rossinin komandasına qoşulmayıb.
24 yaşlı forvardla “Tottenhem”in də maraqlandığı bildirilir. London klubu hazırda yeni hücumçu axtarır və o, Angelos Postekoqlunun rəhbərlik etdiyi məşqçilər heyəti üçün cəlbedici seçimdir.
David Fransa çempionatının son mövsümündə 19 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Lill”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır, ona görə də, klub oyunçunu satarkən endirim etməyə hazırdır.
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
0
0