Kanselo Ərəbistan yolunda
26.08.2024 - 19:58
Kanselo Ərəbistan yolunda

Portuqaliyalı futbolçu Joao Kanselo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Artıq futbolçunun klubu "Mançester Siti" ilə "Əl Hilal" arasında sözlü razılıq əldə olunub. Transfer gerçəkləşərsə, ingilislər 25 milyon avro gəlir əldə edəcək. Kanselo isə illik 15 milyon avro qazanacaq. 

Qeyd edək ki, portuqaliyalı ötən mövsümü icarə əsasında "Barselona"da keçirib. 

0