Karyerasını başa vuran qapıçı "Barselona" yolunda
25.09.2024 - 09:53
Karyerasını başa vuran qapıçı "Barselona" yolunda

Mark-Andre ter Ştegen uzun müddətə sıradan çıxdığı üçün "Barselona" yeni qapıçı axtarır.

Apasport.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Kataloniya təmsilçisi "Yuventus"dan ayrıldıqdan sonra karyerasını bitirdiyini açıqlayan Voyçex Şesnıyı heyətinə qatmaq istəyir.

"Barselona" artıq polşalı qolkiperlə danışıqlara başlayıb. 34 yaşlı qapıçı hələ ki, təklifə cavab verməyib.

Qeyd edək ki, Voyçex Şesnıy 2017-2024-cü illər arasında "Yuventus"da çıxış edib.

0