Keçmiş "Fənər"li PSJ-yə keçə bilər
08.06.2025 - 13:32
Keçmiş "Fənər"li PSJ-yə keçə bilər

"Bavariya"nın müdafiəçisi Kim Min-ce karyerasını Fransada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, PSJ cənubi koreyalı futbolçunu transfer etmək istəyir. 

PSJ-nin idman direktoru Luis Kampos sabiq "Fənərbaxça"lının meneceri ilə görüşüb. Almaniya klubu 28 yaşlı mərkəz müdafiəçisi üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, "Bavariya" Kim Min-ceni 2023-cü ilin yayında "Napoli"dən transfer edib. Cənubi Koreya millisinin üzvü ötən mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 3 qol vurub.