Kerem Aktürkoğlu Rusiyaya yollana bilər
07.08.2024 - 18:42
Türkiyə superkuboku matçından sonra "Qalatasaray"ın üzvü Kerem Aktürkoğlunun məşqçilərlə sərt mübahisə etdiyini xəbər vermişdik.
Apasport.az xəbər verir ki, Keremin meneceri Rusiyanın "Spartak Moskva" klubu ilə danışıqlar aparır.
Bu barədə məlumatı insayder Yağız Sabuncuoğlu yayıb. Onun sözlərinə görə, "Qalatasaray" rusların təklifini qəbul edib, son qərar Keremin olacaq.
Xatırladaq ki, yaşanan mübahisədən sonra futbolçunun meneceri Cenk Melih Yazıcı klub rəsmisi İbrahim Hatipoğlu ilə görüşmüş və futbolçunun gələcəyi ilə bağlı müzakirələr aparmışdı.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0