Keyn millinin oyunlarında iştirak etməyəcək - Səbəb
09.10.2025 - 10:16
Keyn millinin oyunlarında iştirak etməyəcək - Səbəb

“Bavariya”nın hücumçusu Harri Keyn İngiltərə millisinin Uelsə qarşı yoldaşlıq və Latviyaya qarşı DÇ-2026-nın seçmə mərhələ oyununu buraxacaq.

Apasport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Tuxel mətbuat konfransında deyib.

O, forvardın yüngül zədəsinin olduğunu və bu səbəbdən matçları buraxacağını deyib.

İngiltərə millisi oktyabrın 9-da Uels, 14-də isə Latviya ilə qarşılaşacaq.