Keyn Sançonu geridə qoydu
22.09.2024 - 15:23

Harri Keyn daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, hücumçu Bundesliqada ən çox qol vuran ingiltərəli futbolçu adına sahib çıxıb.
"Bavariya"nın forvardı buna Almaniya çempionatının 4-cü turunun "Verder"lə matçında (5:0) nail olub. Həmin oyunda vurduğu qol Keynin Bundesliqada 41-ci topu kimi tarixə düşüb. Bununla da o, Ceydon Sançonu geridə qoyub.
"Borussiya"nın futbolçusunun aktivində 118 matçda 40 belə qol var. Harriyə isə 41 top üçün 36 matç kifayət edib.
- Nuri Şahin addım-addım Super Liqaya doğru: İstanbul klubunu çalışdıracaq
- Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO
- “Yuventus” 58 ildən sonra ilk dəfə belə məğlub olub
- “Atletiko”nun futbolçusunu ağır cəza gözləyir
- Ronaldo Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi - FOTO
0
0