Keyruş Oman millisində
28.07.2025 - 12:18
Keyruş Oman millisində

Portuqaliya millisinin sabiq çalışdırıcısı Karlos Keyruşun yeni iş yeri bəlli olub.

Apasport.az xəbər verir ki, o, Oman millisinin baş məşqçisi təyin olunub.

72 yaşlı mütəxəssis ölkənin futbol federasiyası ilə 1 illik müqavilə imzalayıb.

Oman millisi DÇ-2026-nın seçmə mərhələsində Qətər və BƏƏ ilə eyni qrupda çıxış edəcək. Qrupun qalibi dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, Keyruşun son iş yeri Qətər millisi olub.