Klopp yenidən məşqçilik edəcək
17.08.2024 - 15:01
"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp "Borussiya"nın sabiq futbolçuları Lukaş Pişek və Yakub Blaşçikovskinin vida oyununda iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Pişçek və Blaşçikovskinin komandaları sentyabrın 7-də üz-üzə gələcək. Oyun Dortmundun doğma stadionu "Siqnal İduna Park"da keçiriləcək. Klopp komandalardan birinə rəhbərlik edəcək.
Qeyd edək ki, Klopp 2015-ci ildən rəhbərlik etdiyi "Liverpul"dan bu yay ayrılıb. O, 2008-2015-ci illərdə "Borussiya"nı çalışdırıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0