Klub aşağı liqaya düşdü - Azarkeşlər stadionu yandırdı - VİDEO
11.12.2025 - 21:50
Klub aşağı liqaya düşdü - Azarkeşlər stadionu yandırdı  - VİDEO

Finlandiyanın “Haka” klubunun Valkeakoski şəhərindəki “Tehtaan kentta” stadionunda yanğın baş verib.

Apasport.az xəbər verir ki, hadisə nəticəsində bir tribuna və süni örtük ciddi zədələnib.

Polisin araşdırmasına görə, yanğın stadionun daxilindən törədilib və hadisə ilə bağlı üç azyaşlı müəyyən edilib. Onlardan biri yanğının başlanmasına səbəb olan əşyanı yandırdığını etiraf edib.

Yanğın, klubun Finlandiya Yüksək Liqası Veikkausliiqadan ikinci diviziona düşməsindən qısa müddət sonra baş verdiyi üçün polis bu istiqamətdə də araşdırma aparır.

Klubu rəhbərliyi dəyən zərərin xeyli böyük olduğunu bildirib.

Qeyd edək ki, 1934-cü ildə təsis olunmuş klub indiyədək 9 Finlandiya çempionluğu və 12 kubok qazanıb. Komandanın stadionu da 1934-cü ildə inşa edilib.