Kökçü oynadı, "Volendam" qələbə qazandı
02.03.2026 - 11:39
Futbol üzrə Niderland çempionatında 25-ci turun matçları keçirilib.
Apasport.az xəbər verir ki, millimizin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" doğma meydanda "Qroningen"i qəbul edib.
Matç "Volendam"ın 3:2 hesablı qələbəsilə başa çatıb.
Azərbaycan millisinin yarımmüdafiəçisi 79 dəqiqə meydanda qalıb.
Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Volendam" turnir cədvəlində 14-cü pilləyə yüksəlib.
Qeyd edək ki, Ozan Can Kökçü "Beşiktaş"ın və Türkiyə millisinin futbolçusu Orkun Kökçünün qardaşıdır.
0
0