Qırğızıstan millisinin futbolçusu məşq zamanı komanda yoldaşı ilə dava etdiyi üçün 5 il müddətinə diskvalifikasiya olunub.
Apasport.az xəbər verir ki, Qırğızıstan millisinin üzvü Mirbek Axmatəliyev məşq zamanı komanda yoldaşı ilə dava etdiyi üçün 5 il müddətinə diskvalifikasiya olunub.
Futbolçularla bağlı insident avqustun 15-də, Bişkekdəki “Selmaş” stadionunda, “Muras Yunayted” komandasının məşqi zamanı baş verib.
Hadisə nəticəsində klubun əcnəbi futbolçusu Evgeni Terzi yaralanıb, onun çənəsi sınıb. Məlum olub ki, insidentin səbəbkarı klubla müqaviləni dayandırmaq qərarına gələn komandanın oyunçusu Mirbek Axmatəliyev olub.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab