Komandanı liqada saxladı: İstefaya göndərildi
26.05.2026 - 08:47
La Liqa klublarından "Osasuna"da baş məşqçi ayrılığı yaşanıb.
Apasport.az xəbər verir ki, klub italyan məçqçisi Alessio Liskini istefaya göndərib.
Klubun mətbuat xidməti 40 yaşlı mütəxəssislə yolların ayrıldığını açıqlayıb və ona gələcək karyerasında uğurlar arzulanıb.
Başa çatan mövsümdə "Osasuna" turnir cədvəlində 17-ci pillədə qərarlaşıb və elitadakı yerini qorumağı bacarıb.
Liskinin bu uğuru istefaya göndərilməsinə mane olmayıb.
Komanda onun rəhbərliyi altında 42 oyunda 14 qələbə qazanıb, 9 heç heçə edib, 19 məğlubiyyət alıb.
- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
0
0