"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Moldovanın "Petrokub" komandası ilə keçirəcəyi oyunların başlama saatları və hakimləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, tərəflər arasında iyulun 24-də Kişineudakı "Zimbru" stadionunda baş tutacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Görüşü Qal Leiboviçin başçılıq etdiyi İsraildən olan hakimlər briqadası idarə edəcək. Ona Omer Barbiro və Yossi Babayoff yardımçı olacaqlar. Dekel Zino dördüncü hakim funksiyasını yerinə yetirəcək.
İyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək cavab görüşü isə saat 20:00-da başlayacaq.
Oyunda ədaləti serbiyalı baş hakim Danilo Nikoliç qoruyacaq. Milan Şutuloviç və İvan Mikalaçki köməkçi hakimlər, İvan Stamenkoviç isə dördüncü hakim kimi öz işlərini yerinə yetirəcəklər.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir