Portuqaliya millisinin hücumçusu Qonsalo Ramoş DÇ-2026-nın açılış oyunu öncəsi maraqlı açıqlama verib.
Apasport.az xəbər verir ki, PSJ-nin forvardı Demokratik Konqo Respublikasının prezidenti ilə söhbətini xatırladıb.
Ramoş Afrika təmsilçisinin rəhbərinin Portuqaliya millisi üçün qeyri-adi proqnoz verdiyini bildirib:
“Demokratik Konqo prezidenti mənə dedi: ‘Bizə qarşı məğlub olacaqsınız, amma Dünya Kubokunu siz qazanacaqsınız’”.
Portuqaliya və Demokratik Konqo milliləri Dünya Kubokunun K qrupunun ilk turunda üz-üzə gələcəklər. Görüş iyunun 17-də, Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.
Qeyd edək ki, K qrupunda Portuqaliya, Demokratik Konqo, Özbəkistan və Kolumbiya yığmaları mübarizə aparır.
Demokratik Konqo 52 illik fasilədən sonra Dünya Kubokunda iştirak edir. Komanda mundialda sonuncu dəfə 1974-cü ildə çıxış edib.