"Kopenhagen"dən "Barsa"ya - RƏSMİ
14.07.2025 - 14:35
"Kopenhagen"dən  "Barsa"ya - RƏSMİ

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, kataloniyalılar "Kopenhagen" forması geyinən Runi Bardqini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, "Barsa" bu keçid üçün qarşı tərəfə 2 milyon avro ödəyəcək.

Qeyd edək ki, isveçli futbolçu ötən mövsüm Danimarka təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.