Krivotsyuk qitə dəyişə bilər: Avropadan təklif var
30.09.2025 - 12:24
Krivotsyuk qitə dəyişə bilər: Avropadan təklif var

Azərbaycan milli komandasının və “Daejeon Hana”(Cənubi Koreya) klubunun müdafiəçisi Anton Krivotsyuk xarici komandaların maraq dairəsindədir.

Apasport.az saytına verilən məlumata görə, 27 yaşlı futbolçu ilə “Aris” maraqlanır.

Yunanıstan Superliqasında çıxış edən Saloniki təmsilçisi mövsümün sonunda Anton üçün danışıqlar aparacaq.

Hazırda “Aris”in skautları onu daimi olaraq izləyir.

Krivotsyukun “Daejeon”la müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir. O, 2023-cü il fevralın 21-dən Cənubi Koreya klubunda oynayır.

Xatırladaq ki, millimizin futbolçusu “Neftçi”, “Visla”(Plok, Polşa) komandalarının da formasını geyinib.