Kubok oyununda məğlub olan Ronaldo gözyaşlarını saxlaya bilmədi - VİDEO
01.06.2024 - 12:53
ronaldo

Səudiyyə Ərəbistanı Kral Kubokunun finalında "Əl-Hilal" "Əl-Nəsr"lə qarşılaşıb.

Apasport.az xəbər verir ki, penaltilər seriyasında rəqibini 5:4 hesabı ilə məğlub edən “Əl-Hilal” kuboku öz muzeyinə aparıb.

Bundan sonra dünya ulduzu, "Əl-Hilal"ın forveti, 39 yaşlı portuqaliyalı Kristiano Ronaldo göz yaşlarına hakim ola bilməyib. 

Sözügedən görüntüləri təqdim edirik: 

 

0