Kyeza "Liverpul"da
29.08.2024 - 17:52
İngiltərənin "Liverpul" klubu İtaliya təmsilçisi "Yuventus"dan Federiko Kyezanı transfer edib.
Apasport.az kluun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu tibbi müayinədən uğurla keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayıb.
Müqavilənin detalları barədə ətraflı məlumat verilməyib. "Transfermarkt" portalı futbolçunun qiymətini 35 milyon avro olaraq göstərib.
Qeyd edək ki, 2022-ci ildən İtaliya klubunun formasını geyinən F.Kyeza bu komandanın heyətində meydana çıxdığı 51 matçda 7 dəfə fərqlənib.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0