La Liqa klubu 32 yaşlı forvardı heyətinə qatıb
12.08.2025 - 20:56
La Liqa klubu 32 yaşlı forvardı heyətinə qatıb

"Selta" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Real Betis"in üzvü Borxa İqlesiası transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı hücumçu ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Borxa ötən mövsümdə 37 matçda 11 qolla yadda qalıb.