La Liqa klubu Erik ten Haqın yetirməsini istəyir
17.01.2025 - 21:58
La Liqa klubu Erik ten Haqın yetirməsini istəyir

İspaniya La Liqası komandalarından “Real Betis” hücum xəttini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, ispanlar “Mançester Yunayted”in futbolçusu Antonini mövsümün sonuna kimi icarəyə götürmək istəyir.

Bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb. Bildirilib ki, 24 yaşlı futbolçu da bu transferə müsbət yanaşır.

Qeyd edək ki, braziliyalı forvard bu mövsüm “qırmızı şeytanlar”ın heyətində iştirak etdiyi 14 rəsmi qarşılaşmada 1 qol vurub.

Xatırladaq ki, “Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq yetirməsini 2022-ci ildə “Ayaks”dan 95 milyon avro müqabilində transfer etmişdi.
 

0