Lamin Yamal La Liqada ilin oyunçusu seçildi
05.06.2026 - 17:36
Lamin Yamal İspaniya La Liqasında mövsümün ən yaxşısı seçilib.
Apasport.az xəbər verir ki, “Barselona”nın gənc ulduzu La Liqada ilin oyunçusu adına layiq görülüb.
18 yaşlı vinger mövsüm ərzində sərgilədiyi performansla komandasının əsas fiqurlarından birinə çevrilib.
Yamal La Liqada 28 matçda meydana çıxıb, 16 qol vurub və 12 məhsuldar ötürmə edib.
Qeyd edək ki, ispaniyalı futbolçu “Barselona”nın yetirməsidir və klubla müqaviləsi 2031-ci ilin yayına qədərdir.
0
0