Son Avropa çempionatının ən yaxşı gənc futbolçusu, İspaniya millisinin heyətində turnirin qalibi olan Lamin Yamalın başına bədbəxt hadisə gəlib.
Apasport.az xəbər verir ki, gənc ulduz futbolçunun atası bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.
Bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat yayıb.
Hadisənin Barselona yaxınlığında yerləşən Mataro şəhərində baş verdiyi bildirilir. Ata Yamalın vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Relevo portalının daha sonra verdiyi məlumata görə, futbolçunun atası xəstəxanadan buraxılıb və onun vəziyyəti stabildir.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”