Lamin Yamalın son durumu açıqlanıb
24.12.2024 - 11:33
"Barselona"nın cinah oyunçusu Lamin Yamal 2025-ci ildə komandanın ilk oyunlarında iştirak edə bilməyəcək.
Apasport.az xəbər verir ki, 17 yaşlı futbolçu “Leqanes”lə oyunda zədələndiyi üçün “Atletiko Bilbao” ilə matçı buraxacaq.
Gənc ulduz İspaniya Superkubokunun yarımfinalında "Atletik" ilə görüş üçün komanda ilə Səudiyyə Ərəbistanına yollansa da, meydançaya çıxa bilməyəcək.
Qeyd edək ki, "Barselona"nın "Atletik"lə görüşü yanvarın 8-də baş tutacaq. Superkubokun final oyunu isə yanvarın 12-si keçiriləcək.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0