Levandovski 100 milyon avroluq təklifi rədd edib
04.09.2025 - 16:26

"Barselona"ın ulduz futbolçusu Robert Levandovskinin karyerası ilə bağlı yeni iddia gündəmə gəlib.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçilərindən biri Polşa millisinin üzvünə illik 100 milyon avro məvacib qazanacağı müqavilə təklif edib.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
İddialara görə, 37 yaşlı forvardı bu təklifi heç düşünmədən rədd edib və "Barsa"da qalmaq qərarına gəlib.
Qeyd edək ki, Levandovski ötən mövsüm kataloniyalıların heyətində meydana çıxdığı 52 rəsmi matçda 42 qol və 3 assistlə yadda qalıb.
0
0