“Leypsiq”in yeni baş məşqçisi müəyyənləşib
24.06.2025 - 15:34
“Leypsiq”in yeni baş məşqçisi müəyyənləşib

Almaniya Bundesliqası təmsilçilərindən "Leypsiq"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, komandaya Ole Verner rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, 37 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Verner bundan əvvəl “Verder”in baş məşqçisi olub.