Lider "Napoli"nin qapıçı planı
06.01.2025 - 15:31
İtaliya A Seriyası təmsilçilərindən "Napoli"nin qapı xətti üçün planları bəlli olub.
Apasport.az xəbər verir ki, komandada hazırda 3 qolkiper var.
Aleks Meret klubun əsas qapıçısıdır. Onunla 1+1 illik yeni müqavilə imzalanıb.
Simeone Skuffet Neapol təmsilçisinin ikinci qolkiperi olacaq. O, Meretin əvəzləyici funksiyasını daşıyacaq.
Elya Kapril isə yaxın zamanda komandanı tərk edəcək. O, "Kalyari"yə qoşulacaq.
Qeyd edək ki, "Napoli" hazırda 44 xalla A Seriyasında liderdir.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0