Lionel Messi milliyə dəvət olunmadı
20.08.2024 - 09:55
Lionel Messi Argentina yığmasının DÇ-2026-nın seçmə mərhələsi oyunlarına dəvət almayıb.
Apasport.az xəbər verir ki, baş məşqçi Lionel Skaloni 28 nəfərlik heyətdə Messiyə yer verməyib.
Ulduz futbolçu Çili və Kolumbiyaya qarşı görüşlərdə forma geyinməyəcək. "İnter Mayami"də çıxış edən hücumçunun yığmadan kənarda qalması səbəbi ilə bağlı açıqlama verilməyib. Messi bir neçə ay əvvəl Amerika kubokunda qazanılan qələbədən sonra yığma karyerasını başa vura biləcəyini bildirmişdi.
Qeyd edək ki, Argentina sentyabrın 6-da Çili, 10-da isə Kolumbiya ilə qarşılaşacaq.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0