
PSJ “Bornmut”un müdafiəçisi İlya Zabarnının transferi üçün danışıqları davam etdirir.
Apasport.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
“Bornmut”la danışıqlar davam edir və ukraynalı futbolçunun məhz PSJ-yə keçmək istəyi əsas amillərdən biridir. Halbuki “Tottenhem” Zabarnı üçün 70 milyon avro ödəməyə hazırdır. Ancaq onun özü yalnız PSJ-yə keçmək istəyir və artıq Paris klubu ilə 5 illik müqavilə şərtlərini razılaşdırıb.
Bundan bir neçə gün əvvəl PSJ İngiltərə klubuna şifahi olaraq 60 milyon avro və əlavə bonuslar təklif edib. Bu təkliflə “Bornmut”un istədiyi məbləğ arasında fərq 5 milyon avrodan azdır, ancaq rəsmi razılıq hələ əldə olunmayıb.
22 yaşlı futbolçu son Premyer Liqa mövsümündə 36 oyunda iştirak edib.