İngiltərə Premyer Liqa təmsilçisi "Liverpul" yay transfer pəncərəsində heyətinə yeni oyunçular cəlb etməyi planlaşdırır.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, "qırmızılar" "Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uartonu rənglərinə bağlamaq istəyir.
Alınan uğursuz nəticələrə baxmayaraq, yollarına Arne Slotla davam etmək qərarına gələn Mersisayd təmsilçisinin rəhbərliyi yarımmüdafiə və hücum xəttinə bir neçə futbolçu cəlb edəcək.
Aleksis Mak Allisterin adının "Real Madrid"lə sıx hallanması bu keçidin baş verməsində ciddi rol oynayır.
Komandanın 22 yaşlı futbolçu üçün rəsmi təklif göndərməyə hazırlaşdığı bildirilir.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Adam Uarton "Blekbörn"ün yetirməsidir.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!