“Liverpul” Salahı yola salır?
19.06.2022 - 21:59
“Liverpul” hücumçusu Məhəmməd Salahı gələn il yola salmağa razıdır.
Apasport.az saytının məlumatına görə, bu baş verərsə, ulduz futbolçu “qırmızılar”ı azad agent kimi tərk edəcək.
Bu da o deməkdir ki, Salahın gedişi Premyer Liqa təmsilçisinə pul qazandırmayacaq. “Liverpul” rəhbərliyi hesab edir ki, belə bir qərar misirlinin növbəti mövsüm oyununa mənfi təsir göstərməyəcək.
Qeyd edək ki, Məhəmməd Salah ötən mövsüm bütün turnirlərdə 51 oyunda 31 qol vurub, 16 məhsuldar ötürmə verib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0