"Liverpul" Salahla anlaşmağa yaxındır
26.12.2024 - 11:57

"Liverpul" hücumçusu Məhəmməd Salahla yeni müqavilə imzalamağa hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Tərəflər hazırda 1+1 illik sözləşmə şərtlərini müzakirə edir. Salahın indiki müqaviləsi 2025-ci ilin iyuluna kimidir.
Daha öncə Salah açıqlamasında bildirmişdi ki, "Liverpul" ona yeni müqavilə imzalamaq barədə heç nə deməyib və böyük ehtimalla o, müqaviləsi başa çatanda klubu tərk edəcək.
O, bu mövsüm Premyer Liqada 16 oyunda 15 qol vurub, 11 məhsuldar ötürmə edib.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0